“Müharibə sənəti ” kitabı oxucuların ixtiyarında

Dekabrın 15 – də yazıçı Xəzail Muxtarovun “Müharibə sənəti” adlı kitabının təqdimat mərasimi keçirilib. Toplu Dağlıq Qarabağa həsr olunub. Bu kitab müəllifin 4-cü kitabıdır. Məlumat üçün bildirək ki, “Müharibə sənəti” adlı kitabda təsvir olunan hadisələrdə Dağlıq Qarabağ müharibəsindən söhbət açılır. Kitabda Ermənistan ordusunun əsgərləri Azərbaycan dövlətinə məxsus, içərisində dövlət məmurları və qiymətli sənədlər olan vertalyotu ələ keçirir. Əsər əsir düşənlərin və onlarda olan qiymətli dövlət sənədlərinin qaytarılması və ya məhv edilməsi üçün düşmən arxasına (Xankəndinə) göndərilən xüsusi kəşfiyyat qrupunun fəaliyyətindən bəhs edir. Özünəməxsus üslubu ilə seçilən gənc nəsl yazıçısı Xəzail Muxtarovun əsərlərinin süjet xətti real hadisələr üzərində qurulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO