“Mehralı bəy “

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair və publisist Elbəyi Cəlaloğlunun “Mehralı bəy” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin katibi Arif Əmrahoğlu açaraq kitabın əhəmiyyətindən danışıb. Şair İlyas Tapdıq Elbəyi Cəlaloğlunun xalq ruhunda şeirlər yazdığını önəmli məqam kimi qeyd edib. Tənqidçi Vaqif Yusifli əsərdə dilin sadəliyinin açıq nəzərə çarpdığını, poema-dastanın xalq dastanlarımızın ruhunu saxlamaqla, onun strukturunu orijinal şəkildə bərpa etdiyini dilə gətirib. Kitaba ön söz yazan Rüstəm Kamal bildirib ki, E.Cəlaloğlunun təhtəlşüurunda Koroğlu arxetipi, Koroğlu mifi mövcuddur. Təqdimat mərasimində iştirak edən Abbas Abdulla, Məmməd Dəmirçioğlu, Elxan Zal, Oqtay Rza, Dayandur Sevgin, Fərqanə Mehdiyeva və başqa qələm adamları da kitab haqqında öz fikirlərini ifadə edib, əsərin gələcək nəsillərə çox gərəkli bir töhfə olduğunu bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO