Media nümayəndələri “Eurovison” təmsilçilərinə səs verib

“Eurovision” Mahnı Müsabiqəsi Mətbuat Mərkəzinin ənənəvi səsverməsi bu il də keçirilir. Modern.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, fanatlar və pressa nümayəndələri arasındakı səsvermədə iki gün ərzində 200-dən çox şəxs iştirak edib. “Ogae Azərbaycan”ın prezidenti Fariz Qasımlı deyib ki, bu göstərici iki gün üçün çox yaxşı nəticədir və jurnalistlər, fanlar səsvermədə iştirak etməkdən məmnundurlar.

Hazırda fanatlar və media mayın 22-də keçiriləcək birinci yarımfinal və mayın 24-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcək ölkələrin finala keçmə şansını dəyərləndirir.

Bu vaxtadək olan nəticələrə əsasən, birinci yarımfinalda Rusiya təmsilçiləri “Buranovskiye babuşki” (134), ikinci yarımfinalda isə Ukrayna (99) birincidir.

Qeyd edək ki, birinci yarımfinalın fan və pressa səsverməsi mayın 22-də saat 21.00-da, ikinci yarımfinalın fan və pressa səsverməsi isə mayın 24-də saat 21.00-da başa çatır. Bu səsvermə yalnız ümumi rəyi öyrənmək xarakteri daşıyır və ümumi nəticələrə təsir etmir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO