Media Müxtəlifliyi İnstitutu: “Azərbayca mətbuat və ifadə azadlığı sahəsində xeyli geriləyib”

Belə bir bəyanatla nüfuzlu beynəlxalq təşkilatlardan “Media Müxtəlifliyi İnstitutu”nun icraçı direktoru Milisa Pesiç Bakıda keçirilmiş “Azərbaycanda İfadə Azadlığı” adlı dəyirmi masada çıxış etmişdir.

“Media Müxtəlifliyi İnstitutu”nun icraçı direktoru Milisa Pesiç çıxışının əvvəlində 11 ildir Azərbaycanı gəlib-getdiyini, lakin son 4 ildə Azərbaycanı tanımadığını qeyd etdi. O, Azərbaycanın, xüsusilə də Bakının binalarını, tanınmış markaların buraya gəlişi və digərləri baxımından inkişaf etdiyini, lakin mətbuat və ifadə azadlığı sahəsində isə xeyli gerilədiyini bildirmişdir: “4 il əvvəlki Bakını tanımadım. Doğrudan da zahirən iqtisadi baxımdan inkişaf etmiş kimi görünsəniz də, bizim peşəmiz baxımından çox geriləmisiniz. Lakin 11 il əvvəl gördüyümüz dostların hamısı hələ də bu mübarizədədirlər. Ona görə ki, doğrudan da sizin ölkəniz gözəldir və mübarizəyə dəyər”.

Avropa Məhkəməsinin Eynulla Fətullıayevlə bağlı qərarının icra olunmalı olduğunu vurğulayan əcnəbi qonaq gənc bloqçuları da xatırlamış, Azərbaycan jurnalistlərinə qibtə etdiyini də gizlətməmişdir: “Düşünürəm ki, həmkarlarımızın azadlığı ilə biz bu günü birlikdə qeyd etməli idik. Amma çox təəssüf ki, azadlıq və müxtəlifliyin peşə fəaliyyətində də mütləq yerini tutmayıb və bu öz yerini tutmalıdır. Mən sizin bu qədər çətin şəraitdə belə işləmənizə heyranam”.

Qeyd edək ki, Beynəlxalq Söz Azadlığı Günü münasibətlə “Yeni Nəsil” JB, “İfadə Azadlığı Komitəsi” və “Artikl 19” təşkilatı eyni tarixdə paytaxtın Park İnn otelində “Azərbaycanda ifadə azadlığı” dəyirmi masa təşkil etmişlər. Tədbirdə Azərbaycanın aparıcı baş redaktorları, media ekspertləri və hüquq müdafiəçiləri iştirak etmişlər. /Deyerler.org/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO