Media Hüququ İnstitutu Norveçin dəstəyi ilə Azərbaycan KİV-i barədə tənqidi hesabat açıqladı

Media Hüququ İnstitutu Norveçin dəstəyi ilə Azərbaycan KİV-i barədə tənqidi hesabat açıqladıMedia Hüququ İnstitutu (MHİ) Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı aylıq hesabatını açıqlayıb. “Turan”ın məlumatına görə, Norveç Xarici İşlər Nazirliyinin dəstəyilə hazırlanan hesabat 2011-cu ilin yanvarında Azərbaycanda bu sahədə baş verən önəmli hüquqi hadisələri əhatə edir.

Hesabata görə, Azərbaycanda ifadə azadlığı sahəsində ciddi irəliləyişlər nəzərə çarpmır. Media azadlığı narahatlıqlar doğurmaqda davam edir, müstəqil mətbuatın işləməsi üçün əlverişli şərait yoxdur. Xüsusilə “İnformasiya əldə etmək haqqında” qanunun işləməsində ciddi problemlər var.

Sənədin fiziki və psixoloji basqılar bölümündə yanvarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlərinbasqıya məruz qaldığı da göstərilib. Teleradio yayımının lisenziyalaşdırılması sistemindəki ciddi problemlər çözülməmiş qalır. Ötən ay Milli Teleradio Şurasının 103.3 fm tezlik resursu üzrə elan etdiyi müsabiqə yekunlaşıb. Son müsabiqənin nəticələri də narazılıqla müşayiət olunub.

Xəbər xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO