Media Akademiya Məzun gününü qeyd edəcək

Media Akademiya Məzun gününü qeyd edəcək21 İyun 2010-cu il tarixindən «İRƏLİ» İctimai Birliyi «Media Akademiya» layihəsinə start verib. Layihənin əsas məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaq idi. «İRƏLİ» İB-dən verilən məlumata görə, alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərmiş Akademiya artıq öz işinə yekun vurub. Belə ki, bu gün saat 15:00 – da “Kapriz” restoranında (Təbriz küç.107. Nərimanov mertosunun yanı) Akademiya Məzun gününü qeyd edəcək.
Qeyd edək ki, “1News” informasiya agentliyi, “Day.az” informasiya agentliyi, “APA” informasiya agentliyi, “Trend” informasiya agentliyi, “News.az” informasiya agentliyi layihənin partnyorlarısırasındadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO