Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nəşr olunan 200 adda kitabın sərgisi keçirilib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nəşr olunan 200 adda kitabın sərgisi keçirilib. APA-nın məlumatına görə, sərgidə Azərbaycanın bir çox yazıçılarının kitabları təqdim olunub.

Mədəniyyət və turizm naziri Əlbülfəs Qarayev beş il ərzində əldə etdikləri uğurlardan danışıb: “Bizim son yüz ildə mədəniyyətimizə vurulan ən böyük zərbə dilimizlə bağlı olub. Dünyada heç bir xalq yüz il ərzində öz mədəniyyətini dörd dəfə tərcümə etmək məcburiyyətində qalmayıb. Beş illik fəaliyyətimiz nəticəsində Azərbaycan mədəniyyətinə böyük töhfələr verən şəxslərin əsərləri yenidən nəşr olunub. Bir çox kitablar rus, ingilis, ərəb dillərinə tərcümə olunub. 32 min kitab son beş ildə dünyanın müxtəlif kitabxanalarına yerləşdirilib. Hətta Türkiyədə də Azərbaycan müəllifləri barədə məlumat az idi. 2009-cu ildən hər iki ildən bir Azərbaycanda belə tədbirlər keçirilir. Hər il yüz adda müxtəlif kitablar, broşuralar müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilir. “Yeniləşən mədəniyyət, yeniləşən məkan” layihəsi çərçivəsində teatr binaları və mədəniyyət ocaqları təmir olunur”.

Tədbirdə AYB-nin katibi Rəşad Məcid, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər şəxslər də çıxış ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO