Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə nəşr olunan yeni kitabların təqdimatı keçirilib

Yazıçılar Birliyinin (AYB) Natəvan zalında “525 kitab” seriyasından, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə nəşr olunan yeni kitabların təqdimat mərasimi keçirilib. Bunlar tanınmış yazıçılar Natiq Rəsulzadənin “Pəncərə” və İmir Məmmədlinin “Sazlı-sözlü Sibir” hekayə toplularıdır. Digər kitablar kimi, təqdim olunan nəşrlər də “Mütərcim” nəşriyyatında çap edilib. Mərasimi giriş sözü ilə açan seriyanın rəhbəri, AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müəllifləri təbrik edərək, fikirlərini bölüşüb. Seriyanın tərtibçisi və redaktoru, “Dünya ədəbiyyatı” dərgisinin baş yazarı Səlim Babullaoğlu çıxışında kitablarda yer almış əsərlər haqqında məlumat verib. Müəlliflər də tədbirdə çıxış edərək, kitabların nəşrində əməyi olanlara və mərasimə qatılanlara minnətdarlıqlarını bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO