İyul ayının 9-da Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mətbuatının yaradılmasının 135 illiyinə həsr olunmuş tədbir və yubiley münasibəti ilə yerli KİV-də mədəniyyət sahəsində seçilən jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev 135 illik tarixə malik olan Azərbaycan mətbuatına nəzərə salıb. Tədbirdə millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış ediblər. Daha sonra tədbirdə “Mədəniyyət” qəzetinin keçirdiyi “Mədəniyyət sahəsində ən yaxşı jurnalist işi” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə I yerə Flora Xəlilzadə, II yerə Abdulla Suvar, III yerə Etibar Cəbrayıloğlu, televiziya sahəsində I yerə Vüsalə Quliyeva, II yerə “Salam Azərbaycan” və III “Mədəniyyət saatı” verilişləri layiq görülüb.