“Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi ” müsabiqəsi

"Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsiHər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Mədəniyyət» qəzeti respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin, yaradıcı insanların həyatının və yaradıcılıq prosesinin yeni forma və üslublarla əks etdirilməsinə nail olmaq, ölkə jurnalistlərinin bu işə daha məqsədyönlü cəlb olunmasını təşviq etmək məqsədilə “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsini davam etdirir.

Müsabiqənin məqsədi, müddəti və şərtləri

Müsabiqəyə təqdim edilən materiallar aşağıdakı tələblərə cavab verməlidir:
– Mədəni-mənəvi ideya təyinatına uyğunluq, obyektivlik, peşəkarlıq, dilin səlisliyi, aktuallıq, mövzu şərhinə yaradıcı yanaşma;
– Azərbaycan dövlətinin mədəniyyət siyasətinin normativ tələblərinə uyğunluq;
– Qaliblər tanınmış yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək;
– Müsabiqənin yekunları 2010-cu il iyul ayının 20-dək elan ediləcək.

Müsabiqənin mükafatları

Birinci yer – Mədəniyyət mövzusunda ən yaxşı qəzet və jurnal yazısı üçün 1-ci dərəcəli diplom və 400 manat pul;
Mədəniyyət mövzusunda ən yaxşı teleradio verilişi 1-ci dərəcəli diplom və 400 manat pul.
İkinci yer – Qəzet və jurnal yazısı üçün 2-ci dərəcəli diplom və 300 manat pul;
Teleradio verilişi üçün 2-ci dərəcəli diplom və 300 manat pul
Üçüncü yer – Qəzet və jurnal yazısı üçün 3-cü dərəcəli diplom və 200 manat pul;
Teleradio verilişi üçün 3-cü dərəcəli diplom və 200 manat pul.
Hər biri 100 manat olmaqla 2 həvəsləndirici mükafat.
Əsərlərin 2010-cu ilin may ayının 15-dən 2010-cu ilin iyul ayının 1-nə qədər mətbuatda dərc olunması və yaxud efirdə verilməsi zəruridir.
Dərc edilən materiallarda “Mədəniyyət” qəzetinin keçirdiyi “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsi üçün” qeydi olmalıdır.
Müsabiqəyə təqdim edilən müəllif materiallar (məqalələr, televiziya və radio verilişləri) 2010-cu il iyul ayının 1-dək qəbul olunur.
Ünvan: Moskva prospekti 1, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, 5-ci mərtəbə, “Mədəniyyət” qəzeti redaksiyası.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO