Mədəniyyət kanalının açılacağı tarix məlum olub

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti mədəniyyət sahəsi üzrə ixtisaslaşaşacaq ayrıca Mədəniyyət kanalını açmağa hazırlaşır.
Modern.az saytının əldə etdiyi məlumata kanalın açılacağı tarix də artıq dəqiqləşib. Saytımıza veruilən məlumata görə, Mədəniyyət kanalı AzTV-nin ad günündə açılacaq.

Modern.az saytına məlum olub ki, Mədəniyyət kanalının fevralın 14-də açılmasına hazırlıq görülür. Həmin gün Azərbaycan Televiziyasının ad günüdür.

Xatirladaq ki, 2010-cu il oktyabrın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi müsabiqədə Mədəniyyət kanalının acılması üçün lisenziya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə verilib.
O vaxtdan başlayaraq AzTV yeni kanalın fəaliyyətə başlaması istiqamətində işlərə start vermişdi.

Qeyd edək ki, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb. Bu il AzTV-nin 55 yaşı tamam olur.
Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb.

2005-ci il martın 23-də ölkə rəhbərinin fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

AzTV həm də ayrıca ixtisaslaşmış idman kanalına – “İdman Azərbaycan”a sahibdir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO