“Müdafiə Nazirliyi hərbi jurnalistlərin yetişdirilməsində QHT-lərlə əməkdaşlığa hazırdır “

“Müdafiə və Təhlükəsizlik sektoruna ictimai nəzarət” Koalisiyasının ofisində “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilən “Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı” adlı layihə çərçivəsində debatı keçirib.
Modern.az xəbər verir ki, “Doktrina” mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirib ki, “Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?” mövzusu bu gün cəmiyyət üçün çox önəmlidir. Onun fikrincə nəzərə alınmalıdır ki, Silahlı Qüvvələrdə islahatlar həyata keçirilir və buna cəmiyyətin marağı böyükdür. Belə olan halda hərbi informasiya necə verilməlidir, məhdudiyyətlər necə qoyulmalıdır?
Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevbildirib ki, h ərbi informasiyaların yayımasına məhdudiyyətlər dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da var və bu təbiidir: “Azərbaycan müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Düzdür, hazırda aktiv hərbi əməliyyatlar aparılmır. Amma hər iki tərəf pusqu vəziyyətində durub bir-birlərini müşahidə edirlər. Burada söhbət hərbi gücdən, informasiya müharibəsindən gedir. Belə şəraitdə təbii ki reallıqlar nəzərə alınmalıdır”.
Müdafiə Nazirliyinin rəsmisi bir sıra diqqətçəkən fikirlər səsləndirib. Onun sözlərinə görə, hazırkı şərait hərbi sahədə müəyyən məlumatlar, təhlillər yayarkən ehtiyatlı olmağı tələb edir. Çünki bu məlumatları düşmən tərəf də oxuyur.
T.Abdullayev hərbi sahədə bir sıra məlumatların yayılmasının məhdudlaşmasını təbii hesab edir. “Hərbi sirlə bağlı olan bəzi məsələlər saxlanıla bilər, bəzi dəqiqləşmələrə görə məlumatların açiqlanmasında müəyyən gecikmələr ola bilər. Bəzən elə olur ki, bir yerdə əsgər digərindən postu təhvil alan zaman atəş açılır, biri dünyasını dəyişir, dərhal da mətbuat bizdən hadisənin təfərrüatını soruşur. Axı biz bilmirik ki, həmin əsgər ehtiyatsızlıqdan ölub, yoxsa qəsdən. Hər halda bunu istintaq araşdırmalıdır. Səbəblər ortaya qoyulmalıdır. Bundan sonra ictimaiyyətə, KİV-ə məlumat verilə bilər. Lakin jurnalistlər belə məqamlarda dözümsüz olurlar və dərhal eşitdiklərinə rəsmi reaksiya verilməsini istəyilər”.
T.Abdullayev Azərbaycanda hərbi sahədə yazmağa meyl göstərən jurnalistlərin peşəkarlaşmasının artırılmasının vacibliyini qeyd edib. O bildirdi ki, bunun üçün hərbyönlü QHT-lər fəallıq göstərməli, layihələr həyata keçirməlidirlər: “Müdafiə Nazirliyi hərbi jurnalistlərin yetişdirilməsində QHT-lərlə əməkdaşlıq etməyə hazırdır”.
Ekspert qismində çıxış edən Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli qanunvericilkdə dövlət və hərbi sirr anlayışları barədə məlumat verib.
Tədbirdə “Manevr“ Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Rəşad Süleymanov, Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədov, “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərov və başqaları çıxış ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO