Mayın 12-də jurnalistlərlə deputatlar stadionda qarşılaşacaqlar

Mayın 12-də saat 16:30-da Tofiq Bəhramov adına Respublika Stadionu media təmsilçilərinin və millət vəkillərinin sərəncamına veriləcək. Yaşıl meydançada ölkə jurnalistlərindən və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət komandalar qarşılaşacaq. Matçın yekununa əsasən qaliblərin və daha məzmunlu oyunu ilə fərqlənən futbolçuların mükafatlandırılmaları nəzərdə tutulub.

Qeyd edək ki, jurnalistlər və deputatlar arasındakı bu görüş Azərbaycan Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Yubiley münasibəti ilə ilk oyun bu il mart ayının 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında baş tutub.

Birgə tədbirlər planına jurnalistlərin veteran futbolçularla matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları da daxildir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO