“Magistr” jurnalı çapdan çıxıb

“Magistr” jurnalı çapdan çıxıb”Magistr” jurnalının xüsusi buraxılışının 8-ci sayın nəşr edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, jurnalda ali məktəblərinin magistratura pilləsinə MBA və TEMPUS beynəlxalq proqramları üzrə 2009/2010-cu tədris ili üçün qəbul keçirilən ixtisasların siyahısı və onların plan yerləri əksini tapıb.

Nəşrdə həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə qəbul imtahanı proqramı və izahlı test nümunələri, informatika riyaziyyat və xarici dil fənləri üzrə qəbul imtahanı proqramları və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul olanlar üçün test nümunələri çap olunub.

LENT.AZ.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO