Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilovun Budapeştdə “Macarıstanda Azərbaycan-türk əlyazmaları” kitabı nəşr edilib. Ölkəmizin Macarıstandakı sabiq səfiri (hazırda Polşadakı səfiri) Həsən Həsənovun təşəbbüsü ilə macar dilində işıq üzü görən kitabda Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı barədə söz açılıb, Macarıstanın müxtəlif kitabxanalarında saxlanılan türkdilli Azərbaycan abidələri haqqında məlumat verilib. Nəfis tərtibatda nəşr edilmiş kitabın elmi redaktoru filologiya elmləri namizədi Paşa Kərimovdur.