MŞ və YUNESKO-nun birgə semminarı keçirildi

“Yayim mediasi və iqlim dəyişikliyi üzrə paris deklarasiyasi bəyannaməsi” imzalandi

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) və YUNESKO-nun Moskva Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində seminar keçirilib. İctimai Televiziyanın (İTV) konfrans zalında baş tutan tədbirdə jurnalistlərlə yanaşı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri də iştirak edirdilər. MŞ sədri Əflatun Amaşov tədbirin keçirilməsi ilə bağlı geniş məlumat verdi. O bildirdi ki, ekologiya ilə bağlı dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər keçirilib və bu tədbirlərin davamı olaraq biz də Azərbaycanda keçiririk. YUNESKO-nun Azərbaycan Milli komissiyasının katibi Günay Əfəndiyeva tədbir haqqında fikirlərini ifadə etdikdən sonra tədbirin təşkilatçılarından biri olan YUNESKO-nun Moskva Komitəsinin tədbir iştirakçılarına məktubunu çatdırdı.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev isə ölkə başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsini ekologiyaya verdiyi qiymət kimi dəyərləndirdi. Həmçinin bildirdi ki, Prezident İlham Əliyev ekoloji təmizliyi qorumaq üçün bir sıra sərəncamlar imzalayıb.
Daha sonra çıxış edənlər də ekologiyamızın təmizlənməsi üçün görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verdilər.
MŞ sədrinin müavini Umud Rəhimoğlu çıxış edən “Yayım Mediası və İqlim Dəyişikliyi üzrə Paris Deklarasiyası Bəyannaməsi”nin mahiyyətindən danışaraq bəyannaməni oxudu. Tədbirin açılış hissəsinin sonunda isə ümummilli və regional televiziyaların nümayəndələri bəyannaməyə qoşulmaq üçün imza atdılar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO