MŞ “Jurnalistlər mitinqlərə üzərində «PRESS» yazılmış gödəkçələrdə qatılmalıdırlar “

“Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının 19 iyuna təyin edilmiş icazəsiz aksiyasında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə yaradılan şəraitin monitorinqini aparıb. Monitorinq zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığı müəyyənləşdirilib”. Bunu MŞ-nin icraçı katibi R.Hüseynzadə deyib.

R.Hüseynzadə bildirib ki, aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib. İcraçı katib həmçinin bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmamalarına dair halların da olduğunu deyib: “Mətbuat Şurası həmişə bununla bağlı tövsiyyələrini verir. Kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərin prosesə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə qatılmaları vacibdir. Bu, yarana biləcək hər hansı insident zamanı onların hüquqlarının müdafiə baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildirlər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO