Mətbuat Şurası KİV materiallarının monitorinqinin nəticələrini açıqlayıb

Azərbaycan Mətbuat Şurası (AMŞ) “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

AMŞ-dən SalamNews-a verilən məlumata görə, Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi layihədən məqsəd kütləvi informasiya vasitələrinin bu aktual istiqamətdə mövzularının təqdimatını, jurnalistlərin Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun ölkə ictimaiyyətinə çatdırmalarını, həmçinin onların beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi proseslərə dolğun baxış bucağını formalaşdırmaq yolu ilə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Senytabr-noyabr aylarını əhatə edən monitorinqə 20 qəzet və 10 internet media resursu cəlb olunub. Qəzetlərdən beynəlxalq mövzudakı materialların daha çox dərci baxımından ilk beşliyi “525-ci qəzet”, “Xalq cəbhəsi”, “İki sahil”, “Ekspress”, “Şərq” tutur. Elektron media resursları üzrə eyni göstərici baxımdan ilk üçlük belədir: AzərTAc, APA, Trend İA.Monitorinq aşkarlayıb ki, xəbər janrında olan materiallar digərlərini aşkar şəkildə üstələyir.Bu isə o deməkdir ki, KİV-lər beynəlxalq mövzudakı analitik məzmunlu materiallara, eləcə də müsahibələrə çox az yer veriblər.

Mətbuat Şurası mövcud layihə çərçivəsində dekabrın sonlarında “Beynəlxalq münasibətlər mövzusu kütləvi informasiya vasitələrində” adlı konfrans keçirəcək. Eyni zamanda gələn il layihə çərçivəsində jurnalistlər arasında yazı müsabiqəsinin təşkili də nəzərdə tutulur.

– See more at: http://salamnews.org/az/news/read/106456#sthash.alga1H60.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO