Lujkov GQ jurnalından məhkəmə vasitəsi ilə 50 min rubl alıb

Məhkəmə araşdırmasına GQ jurnalına Lebedevin müsahibəsi səbəb olmuşdur. Kseniya Sobçak və Kseniya Sokolova ilə söhbətində Lebedev Lujkovu Vladimir Putinin şəxsi həyatı haqqında şayiələrin mənbəsi adlandırmışdır. Məhkəmə həmçinin bu məlumatın təkzibini tələb edib.
Xatırladaq ki, 18 aprel 2008-ci il tarixində Lebedevin təsisçisi olduğu «Moskovski korrespondent» qəzetində Vladimir Putinin Alina Kabayeva ilə gələcək nigahı haqqında material dərc etmişdir. Həmin hadisənin ardınca qəzetin səhifələrinə çıxan Lebedev informasiyanın şayiələr üzərində yarandığını bildirmiş və təkzib vermişdir. Lakin buna baxmayaraq, sözügedən qəzetin buraxılışları dayandırılmış və yalnız oktyabrın əvvəllərində bərpa edilmişdir.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO