“Ölməzlik ” kitabının təqdimatı olub

"Ölməzlik" kitabının təqdimatı olubSentyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas-alim, əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın “Ölməzlik. Bessmertie. İmmortality” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və başqaları iştirak edib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Ü. Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər Azərbaycan incəsənətinin yüksək səviyyədə inkişaf etməsinə işarədir: “Bu kitabın vacibliyi ondan ibarətdir ki, oradakı bütün məqalələr Azərbaycanın keçdiyi dövrləri əhatə edir. Hesab edirəm ki, kitabın 3 dildə nəşr olunması gələcəkdə digər Avropa ölkələrinin tədqiqatçıları üçün lazımi mənbə rolunu oynayacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO