İlk İnternet kitab mağazası

Azərbaycanda ilk İnternet kitab mağazası yaradılıb. www.alinino.az mütaliə həvəskarlarına onlayn rejimdə kitab əldə etmələri üçün şərait yaradır. Böyük seçim imkanı olan www.alinino.az saytı vasitəsilə 4 mindən artıq klassik və müasir Azərbaycan ədəbiyyatını, həmçinin rus və ingilis dillərində yazılmış kitabları əldə etmək mümkündür.
Saytda hər bir kitab haqqında məlumat var; qısa xülasə, nəşr olunduğu il və s. Rahat axtarış və seçim sistemi ilə tez bir zamanda istənilən janrda kitabı əldə etmək mümkündür. Hər gün www.alinino.az saytında nəşrlərin onluğu yenilənir. Həmçinin saytda satışına görə “top 10″a daxil olan kitablar haqqında, kitab bazarı ilə bağlı xəbərlər də öz əksini tapır.
www.alinino.az onlayn-mağazası elektron kommersiya sisteminə qoşulub, alıcılar nəinki nəğd, hətta kredit kartı vasitəsilə də kitab əldə edə bilərlər. Məhsulu əldə etmək üçün qeydiyyatdan keçmək, lazımi kitabı seçmək, ödəmə vasitəsini müəyyənləşdirmək – kredit kartı və ya çatdırılma zamanı nəğd ödəmə, – eləcə də çatdırılacaq ünvanı göstərmək lazımdır.
www.alinino.az onlayn-mağazasının əsas üstünlüklərindən biri də odur ki, onun vasitəsilə region sakinlərinin kitab əldə etmək şansları olacaq.
Bununla yanaşı, www.alinino.az onlayn-mağazası Azərbaycan yazıçılarının əsərlərinin dünya bazarına çıxmasını təmin edəcək. Sayta Azərbaycan ədəbiyyatının incilərindən olan görkəmli klassiklərimiz Nizaminin, Nəsiminin, Füzulinin, yazıçılarımız – Anarın, İlyas Əfəndiyevin, eləcə də gənc yazarların əsərləri yerləşdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO