Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, şəhərə qərbdən hücum edən hökumət qüvvələrilə qiyamçılar arasında küçə döyüşləri başlayıb. Bu ərazidə yaşayan əhali ev-eşiyini tərk edərək qaçmaqdadırlar.
Bu arada qiyamçıların rusiyalı jurnalistləri girov götürdükləri məlum olub. Söhbət «Komsomolskaya pravda»nın müxbirləri Dmitri Steşin və Aleksandr Kosadan, həmçinin NTV-nin çəkiliş qrupundan gedir. Jurnalistlərin Benqaziyə aparıldığı bildirilir.
Milli.Az