“Lider”də Murad Dadaşovun yerinə gənc bəstəkar

“Lider” kanalının baş prodüseri vəzifəsindən ayrılan Murad Dadaşovun yerinə təyin olunacaq şəxsin kimliyi müəyyənləşib.
Bundan sonra kanalın baş prodüseri vəzifəsini gənc bəstəkar Emil Şahinin tutacağı bildirilir. BU barədə Lent.az-a etibarlı mənbədən məlumat verilib.

Emil Şahin məlumatı Lent.az-a təsdiqləyib: “Bəli, xəbər doğrudur. Lakin işin məsuliyyəti məni bir qədər həyəcanlandırır”.

Qeyd edək ki, M.Dadaşov dünən öz ərizəsi ilə işdən çıxıb.

Bəstəkar kimi fəaliyyət göstərən Emil Şahin isə Oksford Universitetində təhsil alıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO