“Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış “

Tənqidçi Cavanşir Yusiflinin yeni “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış” adlı kitabı işıq üzü görüb. Kitabda görkəmli Azərbaycan şairi Əli Kərimin fərdi yaradıcılıq üslubu araşdırılır, onun poeziyasının ənənə ilə müxtəlif aspektlərdən görünən əlaqə və münasibətləri tədqiq olunur. Müəllif araşdırmasında klassik şeirin nümunələri ilə müasir poeziya mətnləri arasında əlaqələrdən bəhs edir, müasir poeziyanı yaradan şəxslərin əsərlərindən ədəbiyyat tarixinin necə görünməsini araşdırır.
Tədqiqatın giriş hissəsində görkəmli Azərbaycan alimi Əhməd Cəfəroğlunun “Qaraxanlılar dövrü türk ədəbiyyatı” məqaləsinə istinad edilir.
Qeyd edək ki, “Giriş əvəzi”, “Əli Kərim üslubu” və “Bədii mətndə poetik düşüncənin ritmi” adlı hissələrdən ibarət olan kitab “Mütərcim” nəşriyyatında çap olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO