“Leyli və Məcnun ” poeması bolqar dilinə tərcümə olunub

"Leyli və Məcnun" poeması bolqar dilinə tərcümə olunubAzərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması bolqar dilinə tərcümə olunub və nəşr edilib. Poemanı bir sıra məşhur əsərlərin müəllifi, professor İvan İvanov tərcümə edib. Kitabın redaktoru Bolqarıstan Yazıçılar İttifaqının sədri Nikolay Petevdir. “Bolqarski pisatel” nəşriyyatında çap olunan kitaba illüstrasiyaları Nizami adına Ədəbiyyat İnstitutu hazırlayıb. Kitaba ön sözdə N.Petov oxuculara müraciət edərək, dahi Azərbaycan şairinin bu əsərinin dünya ədəbiyyatında yeri və əhəmiyyəti barədə məlumat verib. Tezliklə Azərbaycanın Bolqarıstandakı səfirliyi bu ölkənin Elmlər Akademiyası ilə birlikdə “Leyli və Məcnun” kitabının təqdimatını keçirməyi planlaşdırır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO