Leonardo Da Vinçinin yeni əsəri tapılıb

“İntibah dövrünə aid paltarda gənc qız” adlı əsər 19 min dollara satılıbDünyada tanınmış rəssam Leonardo Da Vinçinin yeni əsəri tapılıb. “İntibah dövrünə aid paltarda gənc qız” adlı əsər bir müddət öncə keçirilən həracda naməlum rəssamın əsəri kimi 19 min dollara satılmışdı. Əsərin məşhur rəssama məxsus olduğu isə onun üzərində tapılan barmaq izləri sayəsində mümkün olub. İncəsənət dünyasına bəlli olmayan bu əsərin tapılmasında 2007-ci ildə onu alan kanadalının böyük rolu olub.

Portretin solaxay rəssam tərəfindən çəkildiyi artıq müəyyənləşdirilib. Əsərin gələn il İsveçrədə nümayiş etdirilməsi planlaşdırılır. Da Vinçinin əsəri 10 milyon dollarla qiymətləndirilir.

anspress.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO