Lent.az portalı haker hücumuna məruz qalıb

Lent.az portalı haker hücumuna məruz qalıb. Portalın texniki xidmət şöbəsinin əməkdaşlarının APA-ya bildirdiyinə görə, hücum “Troyan bot net” tipli virus vasitəsilə həyata keçirilir.

Haker hücumu noyabrın 20-də Bakı vaxtilə saat 15.20-da başlayıb və hazırda davam etməkdədir. Virusa yoluxmuş kompüterlər vahid mərkəzdən idarə olunur və eyni anda portala sorğu göndərir. Nəticədə, server müraciətlərə cavab verə bilmir. Hücum nəticəsində baza servisi sıradan çıxıb. Texniki şöbə hücumun qarşısını almaq və bazanı bərpa etmək üçün tədbirlər görür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO