“Əl Cəzirə ” telekanalının yayımına qadağa qoyulub

Bəhreyn Qətərin “Əl Cəzirə” telekanalının bu ölkədə yayımına qadağa qoyub. Bu barədə APA “CNNTürk”ə istinadən məlumat yayır.

Bəhreyn rəsmi xəbər agentliyinin bildirdiyinə görə, İnformasiya Nazirliyi “peşə etikasını pozmaq və qanunlara məhəl qoymamaq”da günahlandırdığı “Əl Cəzirə”nin yeni bir anlaşma bağlanmasına qədər ölkədə yayımlanmayacağını bəyan edib. Qərarın bir gün öncə “Əl Cəzirə”də Bəhreyndə korrupsiyaya həsr olunmuş verilişə görə qəbul edildiyi fikri önə sürülür. “Əl Cəzirə” İraq, Tunis və Əlcəzairdə də qadağan edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO