KİVDF-nin jurnalist müsabiqəsinə yazı təqdimatları davam edir

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan mətbuatının yaranmasının 135 illiyi münasibətilə keçirdiyi jurnalist yazıları müsabiqəsinə indiyədək 15-20 yazı təqdim olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə media nümayəndələri yazılarını adətən müsabiqənin sonuncu həftəsində təqdim edir: “Hələ ki vaxta var müsabiqəyə sənədlər iyulun 1-dək qəbul edilir. Yəqin ki bu dəfə də jurnalistlər sonuncu həftəni gözləyir”. Vüqar Səfərli bildirib ki bu müsabiqə yalnız yazılı mətbuatda çalışan jurnalistlər üçün nəzərdə tutulub. Elektron mətbuatda çalışanlar informasiya agentliklərinin nümayəndələri isə müsabiqədə iştirak edə bilməz. Onun sözlərinə görə müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər iştirak edə bilər. Bu zaman yazı müəllifi “Əmək kitabçası”nın surətini də fonda təqdim etməlidir. Əmək stajı haqqında arayış isə qəbul olunmur: “Çünki arayışı istənilən redaksiyada yazıb verirlər ki filankəs burada işləyir. Ona görə də müsabiqəyə qatılan jurnalistdən “Əmək kitabçası” da tələb olunur”. Fondun icraçı direktoru bildirib ki mətbuatın 135 illiyi münasibətilə paytaxt Bakı ilə yanaşı regionlarda da müvafiq tədbirlər keçiriləcək. Jurnalist müsabiqəsinin nəticələri isə həmin tədbirlərə qədər açıqlanacaq. Çünki mətbuatın 135 illiyinə dair iyulun 22-də keçiriləcək yekun tədbirdə başqa təqdimatların da olacağı nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO