KİVDF-nin cari il üçün tədbirlər planı təsdiq edildi

Novruz bayramı münasibətilə fərdi jurnalist yazı müsabiqəsi elan olunub

Fevralın 5-də Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib.

Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəliklə bağlı məlumat verdikdən sonra fondun icraçı direktoru Vüqar Səfərli KİVDF-nin 2012-ci ildəki fəaliyyəti, eləcə də görülən işlərə sərf olunan maliyyə vəsaitləri barədə hesabat verib.

Publika. Az KİVDF-nin Mətbuat Xidmətinin yaydığı məlumata istinadən bildirir ki, şura üzvləri çıxış edərək 2012-ci ildə görülmüş işlər barədə fikirlərini bölüşmüşlər. Çıxışlarda Fondun fəaliyyəti məqbul qiymətləndirilib.

Daha sonra fondun 2013-cü il üçün tədbirlər planı müzakirə olunaraq təsdiqlənib. Cari ildə həyata keçiriləcək layihələrin və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün fond ekspertlərinin tərkibi təsdiq edilib.

Sonda Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazı müsabiqəsinin qaydaları və istiqamətləri müzakirə olunub, müsabiqənin 10 istiqamət üzrə keçirilməsi qərara alınıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO