KİVDF jurnalistlər arasında yeni yazı müsabiqəsi keçirəcək

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər arasında yeni yazı müsabiqəsi keçirəcək.

SalamNews-un məlumatına görə, bunu fondun icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, Qaradağ Rayon İcra Hakimiyyəti ilə birlikdə keçiriləcək yazı müsabiqəsinin elanı yaxın günlərdə veriləcək: “Biz Qaradağ Rayon İcra Hakimiyyəti ilə razılıq əldə etmişik ki, birlikdə fərdi jurnalist yazı müsabiqəsi keçirək. Yaxın günlərdə müsabiqənin şərtləri açıqlanacaq”.

Onun sözlərinə görə, fərdi jurnalist yazı müsabiqəsi “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusuna aiddir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO