KİV Nümayəndələrinin Kredit İttifaqı adlı təşkilat yaradılıb

Azərbaycanda KİV Nümayəndələrinin Kredit İttifaqı adlı yeni təşkilat yaradılıb. Qurum Samir Əmirov sədrlik edir. S.Əmirov mətbuata açıqlamasında ittifaqın artıq Vergilər Nazirliyində dövlət qeydiyyatına alındığını qeyd edib. Onun sözlərinə görə, əsasən mətbuat işçilərindən ibarət olan ittifaqın fəaliyyəti öz üzvlərinin qarşılıqlı kreditləşməsindən ibarətdir: “İttifaq istehlak kreditlərinin verilməsi ilə məşğul olacaq”. Media nümayəndələri bu qurum vasitəsilə illik 20 faizlə kredit ala biləcəklər. Amma bunun üçün kredit verən təşkilata üzv olmaq lazımdır. Təşkilata üzv olmaq istəyən fiziki şəxslər minimum 40 manat, hüquqi şəxslər isə 300 manat ödəmələdirlər. Samir Əmirovun sözlərinə görə, payçı qoyduğu məbləğin 8-10 faizi həcmində illik gəlir əldə edəcək.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO