KİV-lərimizin dünya informasiya məkanına çıxış imkanları öyrənilir

BAMF layihə çərçivəsində ikinci bülleten yayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” adlı layihə çərçivəsində ikinci bülleten (noyabr) yayıb.

Fondun İnformasiya Departamentindən Lent.az-a verilən məlumata görə, bülletendə layihə çərçivəsində görülən işlər, “Azərbaycan KİV-inin və jurnalist qurumlarının beynəlxalq əlaqələri” mövzusunda dəyirmi masa keçirilməsi, beynəlxalq və xarici əlaqələrin ilkin durumunu öyrənmək üçün yerli KİV və jurnalist qurumları arasında sorğunun aparılması, beynəlxalq jurnalist qurumlarının fəaliyyəti araşdırılması, layihə rəhbərinin Almaniya və İspaniya səfəri barədə geniş məlumat verilib.

Ümumiyyətlə, layihə çərçivəsində görülən işlər Azərbaycan KİV-inin geniş diqqətini cəlb edib. Bu fəaliyyətlə bağlı məlumatlar davamlı olaraq AzərTac Dövlət İnformasiya agentliyi, APA İnformasiya agentliyi, MİA İnformasiya agentliyi, Lent.az saytı, mediaforum.az saytı, qaynar.info saytı, modern.az saytı, “Xalq qəzeti”, “Respublika”, “İki Sahil”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Ədalət” və s. qəzetlərdə geniş işıqlandırılıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO