KİV-lər öz fəaliyyətlərinə görə cavab verməlidirlər

KİV-lər öz fəaliyyətlərinə görə cavab verməlidirlərKütləvi informasiya vasitələri (KİV) öz fəaliyyətlərinə görə cavab verməli və söz azadlığı anlayışı ilə interpretasiyaya yol verməməlidirlər. Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov belə hesab edir.

Bununla yanaşı, o, müxtəlif KİV-lər tərəfindən yayımlanan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sonuncu təxribat xarakterli reportajları da xatırladıb.

Bu yaxınlarda “Euronews” və Ukraynanın “İnter” kanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan əleyhinə süjetlər göstərilib. Burada Dağllıq Qarabağ münaqişəsi ətrafında baş verən hadisələr birtərəfli şərh edilib.

“Rusiya mətbuatında tez-tez Dağlıq Qarabağ münaqişəsinin uzadılmasının Rusiya üçün faydalı olmasına dair şərhlər oxumaq olar. Belə şərhlərə nə ABŞ, nə də Fransa KİV-lərində rast gəlinmir”, – Axundov Moskvada Avropa və Asiya Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məsuliyyətli olmaq, bu və ya başqa mülahizələrin nəticələrində hesabat vermək lazımdır. Ola bilsin ki, belə KİV-ləri töhmətləndirmək və onların mənfi işlərinə diqqət yetirmək lazımdır.

RİA Novosti-nin təşkilatçılığı ilə Moskvada keçirilən Avropa və Asiya Media Forumu MDB və Baltikyanı ölkələrinin tanınmış KİV rəhbərlərini, siyasətçi və ictimai xadimləri bir araya toplayıb. Forumda postsovet məkanının 150-dən az olmayaraq ən nüfuzlu çap və elektron nəşrlərinin rəhbərləri iştirak edirlər.

Forumda TREND İnformasiya Agentilyini baş direktor İlqar Hüseynov təmsil edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO