KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsinə 85 yazı verilib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsinə 85 yazı verilibAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqəyə yazı qıəbulu yekunlaşıb.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Modern.az saytına bildirb ki, noyabrın 5-də elan edilən müsabiqəyə yazı qəbulu dekabrın 12-də başa çatıb.
V.Səfərli bildirb ki, müsabiqəyə 87 yazı təqdim olunub. “Ancaq onlardan 2-si gec daxil olduğu üçün qəbul olunmadı. Nəticədə müsabiqəyə 85 yazı buraxıldı. Hazırda həmin yazıları təqdim edən müəlliflərin sənədlərinin qaydasında olub-olmadığı yoxlanılır. Ondan sonra məqalələr ekspertlərə təqdim olunacaq. Müsabiqənin nəticəsi isə dekabrın 30-da açıqlanacaq”-deyə V.Səfərli bildirb. O, təqdim olunan yazıların demək olar ki, bütün istiqamətlər üzrə mövzuları əhatə etdiyini söyləyib.
Qeyd edək ki, müsabiqədə hər qalibə 1000 manat məbləğində pul mükafatı veriləcək. Qaliblər Fondun xüsusi diplomu ilə də təltif olunacaqlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO