KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu daha bir tədbir keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 24-də Səbail rayon İcra Hakimiyyətində “ Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda geniş konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, 20-dək media rəhbəri, rayon ziyalıları, aktiv gənclər və tələbələr iştirak ediblər.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq konfransın mahiyyəti və vacibliyi haqqında söz açıb. O, ölkədə söz və mətbuat azadlığı, KİV-lərin və jurnalistlərin müstəqilliyinə təminat verən qanunların qəbul edilməsi barədə konfrans iştirakçılarına məlumat verib.
Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edib. O, Azərbaycan mətbuatına göstərilən dövlət dəstəyi, Fondun fəaliyyəti və bu günkü tədbirin mahiyyəti barədə ətraflı məlumat verərək konfransın dialoq şəklində davam etrdirilməsini təklif edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının yaranma tarixi , bu günkü inkişafı barədə ətraflı məlumat verərək qeyd edib ki, hazırda ölkədə 4000- dən çox KİV Dövlət qeydiyyatından keçib. Onlarda 300-ə yaxın mütəmadi olaraq fəaliyyət göstərir.

Bundan sonra dialoq şəklində davam edən konfransda media rəhbərlərindən “Trend” İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə , “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev , “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ,” Olaylar “ İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq” qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu gəncləri maraqlandıran sualları cavablandırıblar.

Təbbirin gedişatında xarici ölkələrdə təhsil alan səbailli gənclər, İngiltərədən Tale Əliyev, Türkiyədən Nigar Qəmərli, ABŞ-dan Pərviz Qocayev internet vasitəsi ilə konfransa qatılaraq mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO