KİV-ə Dövlət Dəstəyi Fondu konfrans keçirib

KİV-ə Dövlət Dəstəyi Fondu konfrans keçiribNoyabrın 10-da Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə “Fondun mətbuatın inkişafında rolu” mövzusunda konfrans keçirilib. Modern.az xəbər verir ki, tədbirdə cənub regionunda fəaliyyət göstərən KİV nümayəndələri, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak ediblər.
Vüqar Səfərli Fond fəaliyyətə başlayandan bəri görülən işlər barədə məlumat verib. O, bildirib ki, qurum Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir və “reket jurnalistlər”in təqdim etdikləri layihələrin Fond tərəfindən maliyyələşdirilməsinə imkan verilməyəcək. “Qara siyahıya” düşən qəzetlər dekabr ayında elan edilmiş müsabiqəyə də buraxılmayacaqlar”-deyə V.Səfərli vurğulayıb. O, bildirib ki, KİV-in inkişafına Dövlət Dəstəyi Fondu yaxın gələcəkdə region mediasının layihələrdə iştirakını təmin edəcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov regionlarda KİV-lərin vəziyyətində problemlər olduğunu deyərək bölgə qəzetlərinin maddi-texniki vəziyyətinin nikbinliyə əsas vermədiyini bildirib. “Reket jurnalistikasının” gerçək KİV-ə zərbə olduğunu deyən Ə.Amaşov qeyd edib ki, yerlərdə bu bəlaya qarşı birgə mübarizə aparmaq lazımdır.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO