KİV DF qəzetlər üçün qrant müsabiqəsi elan edib

KİV DF qəzetlər üçün qrant müsabiqəsi elan edibAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı qəzetlər üçün qrant müsabiqəsi élan edib.

Modern.az-ın məlumatına görə, Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
4. İctimai və dövlət maraqlarının müdafiəsi.
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.
8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği.
9. Azərbaycançılıq ideyasının təbliği.
10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.
11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.
13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.
16. Elm və təhsilin inkişaf etdirilməsi.
17. Ekologiya və ətraf mühitin mühafizəsi.
18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Müsabiqəyə aşağıdakı KİV-lər buraxılacaq:

– müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
– müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm olaraq ayda 1 dəfə nəşr olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar.

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

– Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
– barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;
– əsasən reklam və erotik xarakterli materiallar dərc edən;
– təsisçisi dini qurumlar və dini icmalar olan;
– xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan;
– xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan;
– təsisçiləri dövlət orqanları olan.

Hər layihə üçün maksimum məbləğ 40 000 (qırx min) manat müəyyən edilib.
Hər KİV bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.

Ərizələr noyabrın 26-dan dekabrın 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.

Nəticələr dekabrın 30-dək elan ediləcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO