KİV DF qalib jurnalistlərin adlarını elan etdi

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclas iştirakçıları Fondun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarını və KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların edilməsi məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.

Birinci məsələ ilə bağlı Müşahidə Şurası üzvlərinə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 18 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 74 nəfər jurnalist qatılıb.
Hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KİV redaksiyalarında çalışanlar üçün, 1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib elan edilməsi nəzərdə tutulub. Lakin region KİV-ində çalışan jurnalistlər tərəfindən cəmi 9 istiqamət üzrə yazı təqdim edilib.
Digər 9 istiqamət üzrə isə yazı təqdim edilməyib və bu yerlər boş qalıb.
V. Səfərli boş qalmış bu yerlərə həmin istiqamət üzrə 30-dan yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etməyi təklif verib.

Məlumat üçün bildirilib ki, müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 30 bal müəyyən edilib.

Müşahidə Şurası üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil edilməsi barədə qərar qəbul ediblər.
Beləliklə, 74 jurnalistin qatıldığı müsabiqədə 50 jurnalist qalib hesab edilibr. Qalan 4 yer isə həmin istiqamətlər üzrə yazı daxil olmadığından və ya yetərli bal toplanılmadığından boş qalıb. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və Fondun diploma təqdim olunacaq.

Qaliblərin diplomları Fondun bu ilin 29 dekabr tarixində “Gülüstan” sarayında keçirəcəyi tədbirdə təqdim ediləcək.

Müşahidə Şurası üzvlərinin növbəti müzakirə mövzusu KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların ayrılması olub. Müşahidə Şurasının keçən iclasında KİV-lərin maddi texniki durumunu araşdırmaq məqsədilə yaradılmış komissiyanın məruzəsi dinlənilib. Komissiyanın rəyini nəzərə alan Müşahidə Şurası üzvləri, Fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet, 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib.
Nəzərinizə çatdırırıq ki, qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçünsə 2500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verilib.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri:

I İSTİQAMƏT

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Hadiyeva Yeganə Cəlil qızı
Dövlətçilik, vətəndaşlıq mövqeyi: Güclü və qüdrətli Azərbaycan naminə
“İki sahil” qəzetinin müxbiri
33.3

2

Quliyev Namiq Abbasqulu oğlu
Demokratik islahatlarda KİV-in roluna yeni ehtiyaclar yaranıb
“Bakı Xəbər” qəzetinin müxbiri
32

3

Ağayev İlkin Ağahüseyn oğlu
Azərbaycanın hüquqi dövlət quruculuğu yolu
“Palitra” qəzetinin müxbiri
32

II İSTİQAMƏT

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Şahməmmədov Murad Məmmədşah oğlu
Müasir dövrün çağırışları: ənənəvi formatdan yeni mediaya doğru
“Qəzet.az” qəzetinin müxbiri
43.3

2

Hacıyev İsmayıl Alış oğlu
Söz və mətbuat azadlığı müasir informasiya cəmiyyətinin təməl prinsiplərindəndir
“İki sahil” qəzetinin baş redaktorunun müavini
34.6

III İSTİQAMƏT

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Həsənov Vaqif Cəlil oğlu
Azərbaycan-insanların azad, firavan yaşadığı müasir dövlətdir
“Bakı Xəbər” qəzetinin redaktoru
32

2
Ələsgərov İlham Maşallah oğlu
İnsan hüquqlarının qorunduğu Azərbaycan azad və xoşbəxt insanların vətənidir
“Mövqe” qəzetinin redaktoru
32

3

Niftiyev Niyaz Məmmədəli oğlu
Siyasi mədəniyyətin formalaşmasında KİV-lərin rolu
“Azadinform”İA-nın redaktoru
31.3

IV İSTİQAMƏT

İctimai və dövlət maraqlarının müdafiəsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Vəliyev Vəli Saleh oğlu
Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır
“Səs”İA-da icraçı direktor
36

2
Quliyev İlham Abasqulu oğlu
Xaricə müalicəyə getməyə ehtiyac varmı?
“Kaspi” qəzetində baş redaktor müavini
34

3

Bağırlı Böyükxan Yadulla oğlu
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə gedən yol
“Yeni Gün” qəzetinin redaktoru

(Cəlilabad)
31.3

V İSTİQAMƏT

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Məmmədov Fərhad Həsən oğlu
Qarabağda talan var….
“Yeni Müsavat”

qəzetində

şöbə müdiri
38

2
Güləliyev Samir İntiqam oğlu
Erməni həyasızlığı erməni dilində
“Olaylar”

qəzetinin müxbiri
32

3
İbrahimov Əli Zülfüqar oğlu
Ermənilər bəşəriyyətə təhlükədir
“Həftə içi”

qəzetində müxbir
31.3

VI İSTİQAMƏT

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Şəkərova Nüşabə Seyfəddin qızı
Azərbaycan Cənubi Qafqazda şəriksiz liderdir
“Palitra” qəzetinin müxbiri
36

2
İsmayılbəyli Süleyman Nəbi oğlu
Cənubi Qafqazın lideri
“Olaylar” İA-nın müxbiri
32.6

VII İSTİQAMƏT

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Kazımov Xalid Vahid oğlu
“Dörd yol”un həllini gözləyən dörd problemi….
“Üç nöqtə” qəzetində müxbir
45.3

2
Nəsibova Xanım Hopal qızı
Qarabağ şikəstəsini oxumaq keçdi ürəyimdən
“Kür” qəzetinin müxbiri

(Yevlax)
38

3
Hüseynova Rəfiqə Kamal qızı
Azərbaycan istənilən məsələnin həlli üçün böyük imkanlara malikdir
“Səs” qəzetində şöbə müdiri
36.6

VIII İSTİQAMƏT

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Qafarov Əfqan Məhəmməd oğlu
Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi-erməni ənənəsi
“Modern.az” internet qəzetində redaktor
43.3

2

Məmmədli Qalib İbrahim oğlu
Üç rəngli bayrağınla məsud yaşa…
“Ekspress” qəzetinin redaktoru
40

3
Qocayev Natiq Vəli oğlu
Millətin mənəviyyatı onun dəyər ölçüsüdür.
“Oxu məni” qəzetinin baş redaktoru
34.6

IX İSTİQAMƏT

Azərbaycançılıq ideyasının təbliği

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
İrahimov İbrahim Bəxtiyar oğlu
Fəxr edirəm ki, azərbaycanlıyam
“Zaqatala” qəzetinin baş redaktoru

(Zaqatala)
40

2

Vəliyev Fariz Əhməd oğlu
Azərbaycançılığın qurucusu- Heydər Əliyev
“Mövqe” qəzetinin şöbə müdiri
34.6

3

Abbasov Fazil Famil oğlu
Fəxr edirəm ki, azərbaycanlıyam
“Assa-İradə” xəbər agentliyinin baş direktoru
31.3

X İSTİQAMƏT

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Süleymanov Rəşad Məhəmməd oğlu
Vətənpərvər media: tələb, yoxsa zərurət?
“Azəri-Press” İA-nın müxbiri
40

2

İbadov Xəqani Səfər oğlu
Qəhrəmanlar ölmür, bəs yaşaya bilirmi?
“Ayna-Zerkalo” qəzetinin müxbiri
33.3

3

Sadıqova Rəfiqə Yusif qızı
Vətən seçilmir, seçir
“Gəncənin səsi” qəzetinin baş redaktoru

(Gəncə)
33.3

XI İSTİQAMƏT

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Məmmədov Məmməd Yarəli oğlu
Şərurun abad, gözəl və yaraşıqlı kəndləri
“Azərbaycan” qəzetinin bölgə müxbiri
32

2
Nuriyev Azər Vasif oğlu
Yeniləşən Ağstafa
“Kaspi” qəzetinin müxbiri
30.6

3
Məmmədov Çingiz Xalid oğlu
Regionların inkişafı:Böyük hədəflərə doğru iri addımlarla
“Şabran” qəzetinin baş redaktoru

(Şabran)
30.6

XII İSTİQAMƏT

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Nəbiyeva Ülkər Fərhad qızı
Möcüzə yaradan investisiyalar
“525-ci” qəzetin müxbiri
38.6

2
Bayramov Vaqif Binyat oğlu
Azərbaycanda investisiya siyasəti uğurla həyata keçirilir
“Xalq” qəzetinin əməkdaşı
34

3

İsmayılov Fazil İsmayıl oğlu
Respublikamızda sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb
“Mübariz” qəzetinin müxbiri

(Goranboy)
31.3

XIII İSTİQAMƏT

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Göyüşlü Babək Məhərrəm oğlu
Maqadan
“Azərbaycan” jurnalında baş redaktor
41.3

2

Hüseynzadə Fuad Abı oğlu
Diaspordan lobbiçiliyə doğru
“Paritet” qəzetinin müxbiri
30.6

3

Cürənov Ramiz Mikayıl oğlu
Harada olursaq olaq ,Azərbaycanla olaq!
“Lent.az” İA-da müxbir
30.6

XIV İSTİQAMƏT

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Əliyev Bəhmən Fazil oğlu
Qədim və müasirləşən Xınalıq
“Xalq Cəbhəsi” qəzetinin baş redaktor müavini
36

2

İsmayılov Pərviz Saday oğlu
Tolerantlıq və dini dözümlülük Azərbaycan dövlətinin və xalqının böyük sərvətidir
“Yeni Azərbaycan” qəzetinin müxbiri
31.3

3

Hüseynova Gültəkin Knyaz qızı
Şimaldan gələn “əbədi qonaqlar”
“Azadlıq” qəzetinin müxbiri
31.3

XV İSTİQAMƏT

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Alıyev Yusif İmrayıl oğlu
Qloballaşan dünyada Azərbaycan elmi..və ya dünya elmindən geri qalmanın səbəbləri
“Şərq” qəzetinin müxbiri
32

2
Məmmədov Afət Sadıq oğlu
İnsan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir
“Respublika” qəzetinin müxbiri
31.3

3
Əliyev Abdulla Hacıağa oğlu
Azərbaycanda insan kapitalının böyük potensialı vardır
“Göyçay” qəzetinin baş redaktoru

(Göyçay)
31.3

XVI İSTİQAMƏT

Ekologiya və ətraf mühitin mühafizəsi

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Məlikov Rüstəm Sadıq oğlu
Ətraf mühitin mühafizəsi hər bir vətəndaşın borcudur
“Qələbə” qəzetinin baş redaktoru

(Səlyan)
32

2
Musayev Ceyhun Musa oğlu
Sağlam yaşamağın sadə formulu
“Ədalət” qəzetinin xəbərlər şöbəsinin müdiri
31.3

XVII İSTİQAMƏT

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
İsmayılov Nicat İntiqam oğlu
“Qocalar evindən ailəyə qayıtmaq yenidən doğulmaq kimidir”
“Zaman” qəzetinin şöbə müdiri
43.3

2
Həsənova Şəmsiyyə Əli qızı
Möhkəm ailə cəmiyyətin təməlidir
“İki Sahil” qəzetinin müxbiri
34

3

Quliyeva Zülfiyyə Telman qızı
Ailə institumuzu qorumalıyıq
“Mərkəz” qəzetinin müxbiri
32.6

XVIII İSTİQAMƏT

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Müəllifin adı

Yazının adı

Müəllifin işlədiyi KİV

Orta bal

1
Şirinov Şahin Şirin oğlu
Uşaq və yeniyetmələrin fiziki-mənəvi tərbiyəsinin düzgün təşkili milli genefondun qorunması baxımından vacibdir
“Futbol+qol” qəzetinin müxbiri
31.3

2
Tağıyev Dayandur Mikayıl oğlu
Gənc nəsildə vətənpərvərlik hisslərinin tərbiyəsində KİV-in rolu
“Kaspi” qəzetinin müxbiri
30.6

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO