KİV DF mövzu seçimində cəmiyyətin istəyinə sadiqliyi bir daha göstərdi

KİV DF mövzu seçimində cəmiyyətin istəyinə sadiqliyi bir daha göstərdiXəbər verdiyimiz kimi, “Bakı-Xəbər” qəzeti aylar öncə ciddi zərurəti nəzərə alaraq “İslamda yas mərasimləri və əyintilər” mövzusunda müsabiqə elan edib.

Redaksiyamıza bu günə qədər 40-dan artıq yazı göndərilib. Müsabiqə davam etdiyindən, müxtəlif səpgili tövsiyələr və zənglər hələ də daxil olur. Yaxşı haldır ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul-Milli Mətbuatın yaranmasının 136 illik yubileyi ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsinə “Müasir dövrdə yas və toy məclislərimiz: biz hara gedirik” mövzusunu da daxil edib.

Bu bir daha subut və təsdiq etdi ki, mərasimlərimizlə bağlı durum cəmiyyəti həqiqətən narahat edir və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu mövzu seçimində cəmiyyətin istək və maraqlarının nəzərə alınmasını özü üçün dəyişməz iş üslubuna çevirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO