KİV DF jurnalistlərə Novruz hədiyyəsi hazırlayır

Müşahidə Şurasının iclasında aşağıdakı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib:

1. Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə hesabatın müzakirəsi;

2. 2011-ci il üçün Fondun Fəaliyyət proqramının müzakirəsi;

3. Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzularının müzakirəsi.

Fondun icraçı direktoru Vüqar Səfərli birinci məsələ ilə bağlı çıxış edərək, Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə məlumat verib.

İcraçı direktorun məlumatına əsasən, 2010-cu ildə dövlət büdcəsindən Fonda 2.301.558 manat vəsait ayrılmışdır. O, ayrılmış vəsaitin büdcədə nəzərdə tutulan istiqamətlər üzrə sərf olunması barədə sənədləri MŞ üzvlərinin diqqətinə çatdırıb. Ayrılmış vəsaitdən ümumilikdə 4.876 manat xərclənməmiş qalıb ki, bu da dövlət büdcəsinə keçirilib.

İcraçı direktorun hesabatı Müşahidə Şurası üzvləri tərəfindən bənd-bənd müzakirə edilərək yekdil rəylə qəbul edilib.

İkinci məsələ ilə bağlı çıxış edən Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib ki, Fondun 2011-ci il üçün fəaliyyət proqramının hazırlanması məqsədilə MŞ üzvlərinə öncədən məlumat verilib, onların təklif və rəyləri toplanıb. Bütün təklif və rəylər nəzərə alınaraq, Fondun 2011-ci il üçün fəaliyyət planı hazırlanıb. Vüqar Səfərli iclas iştirakçılarını 2011-ci ilin fəaliyyət proqramının ilkin layihəsilə tanış edib.

2011-ci il üçün tədbirlər planı layihəsinin yaxın günlərdə yenidən müzakirə edilməsi qərara alınıb.

Sonda Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzuları müzakirə edilib.

Vüqar Səfərli müsabiqənin maliyyələşmə imkanları barədə MŞ üzvlərinə məlumat verib. Fondun imkanlarını nəzərə alan MŞ üzvləri Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin 7 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO