«KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçiriləcək

«KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçiriləcəkAzərbaycan Mətbuat Şurası 17 avqust 2010-cu il tarixdə «KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçirəcək.
Şuradan Milli.AZ-a verilən xəbərə görə, tədbir saat 15.00-da Azərbaycan Mətbuat Şurasında baş tutacaq.

Bildirilir ki, «dəyirmi masa»da son günlər ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrinin fəaliyyətində yer alan «qara piar» əlamətləri barədə söhbət açılacaq, bəzi qəzetlərdə bunun təzahür forması kimi meydana çıxan konkret faktlardan danışılacaq, mövcud istiqamətdəki vəziyyətə təsir etmə imkanlarına dair fikir mübadilələri aparılacaq. Tədbirdə həmçinin KİV-lərin seçki prosesini işıqlandırmaları ilə bağlı peşəkarlıq xüsusiyyətləri də müzakirə predmetinə çeviriləcək.

Toplantıda KİV rəhbərlərinin, media ekspertlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı planlaşdırılır.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO