Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu tərəfindən “Koroğlu” dastanının yeni nəşri hazırlanıb. Bu barədə
Folklor İnstitutunun mətbuat xidmətindən məlumat verilib.Sovet dövründə Azərbaycan folklorunun bir çox nümunələri süni şəkildə ideologiyaya uyğunlaşdırıldığına və onların milli dəyərinə ciddi xələl gətirildiyi üçün ədəbiyyatda çatışmamazlıqlar yaranmışdır. Sözügedən dastan da bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə çap olunub. Bu səbəbdən Folklor İnstitutunun direktoru Hüseyn İsmayılovun rəhbərliyi altında işçi qrupu yaradılıb.
“Koroğlu” dastanı məhz bu qrupun fəaliyyətinin nəticəsi olaraq nəşr olunub. “Koroğlu” dastanının on altı qolunun yer aldığı toplu İnstitutun əməkdaşı Əli Şamili tərəfindən çapa hazırlanıb.