“Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi “

"Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi"Bu günlərdə Tehran Əlişanoğlunun “Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi” adlı kitabı nəşr olunub. Kitabın elmi redaktoru əməkdar elm xadimi, professor Həmid İmanov, redaktoru Dəyanət Osmanlıdır. Kitabda AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun çoxşaxəli fəaliyyətinin yalnız bir yönü – ədəbiyyatşünaslıqla bağlı işləri diqqət mərkəzindədir. Müxtəlif illərdə qələmə alınmış oçerkləri eyni bir məqsəd – Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı tarixçiliyi konsepsiyasını açıqlamaq, milli ədəbiyyatşünaslığa töhfələrini şərh etmək niyyəti birləşdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO