Bu günlərdə Tehran Əlişanoğlunun “Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi” adlı kitabı nəşr olunub. Kitabın elmi redaktoru əməkdar elm xadimi, professor Həmid İmanov, redaktoru Dəyanət Osmanlıdır. Kitabda AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun çoxşaxəli fəaliyyətinin yalnız bir yönü – ədəbiyyatşünaslıqla bağlı işləri diqqət mərkəzindədir. Müxtəlif illərdə qələmə alınmış oçerkləri eyni bir məqsəd – Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı tarixçiliyi konsepsiyasını açıqlamaq, milli ədəbiyyatşünaslığa töhfələrini şərh etmək niyyəti birləşdirir.