Konqolu jurnalist evinin qarşısında güllələnib

Konqo Demokratik Respublikasının şimal-şərqində jurnalist hərbi geyimli şəxslər tərəfindən evinin qarşısında güllələnib.

Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMI) Azərbaycan Milli Komitəsinə BMİ-dən məlumat verilib. Məlumata görə, Konqo Milli Televiziya və Radiosunun fotomüxbiri Patient Çibeya axşam saat 10 radələrində evinin qarşısında taksidən düşən zaman hərbi geyimli və silahlı yeddi şəxs ona yaxınlaşıb. Onlara bir qədər pul və mobil telefonunu verən jurnalist silahlıların çıxıb gedəcəyinə ümid edib. Lakin onlar jurnalisti güllələyib.

P.Çibeyanı yaxşı tanıyan konqolu jurnalist Muhinda Vema Kennedi qətlin əvvəlcədən planlaşdırıldığını bildirib: “Təxminən bir ay əvvəl başqa bir konqolu jurnalist də hədələnib. Hazırda o, ciddi mühafizə olunur”.

Qətlə görə günahkarların məsuliyyətə cəlb edilməli olduğunu deyən BMİ-nin direktoru Devid Dədc səlahiyyətli orqanları jurnalistlərə qarşı digər hücum və hədələri tam araşdırmağa çağırıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO