KİVDF qalib jurnalistlərin adlarını açıqladı

5 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, şura üzvlərini iclasın gündəliyi ilə tanış edib.

Şuranın sədri “2013-cü il Novruz Bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsi”nin nəticələri ilə bağlı məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli müsabiqəyə 10 istiqamət üzrə 83 yazının daxil olduğunu və 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirdi. Yazıların hər biri 3 ekspert tərəfindən qiymətləndirmişdir. Qaliblərin, müəyyənləşdirilməsi üçün V. Səfərli ekspert rəylərinin nəticələrini şura üzvlərinə təqdim etdi.

Şuranın üzvü Əflatun Amaşov bildirdi ki, “bu müsabiqələrin, jurnalistlərin peşə hazırlığının artırılmasında böyük rolu olduğunu qeyd etdi. Yazıların məzmunundan görünür ki, getdikcə jurnalistlərin peşəkarlığı artır”. Məsələ ilə əlaqədar digər şura üzvləri də öz müsbət fikirlərini bildirdilər. Gələcəkdə də belə müsabiqələrin sayının artırılmasını məqsədəuyğun hesab etdilər.

Müsabiqənin şərtlərinə görə 10 istiqamət üzrə ən yüksək bal toplamış 30 jurnalist qalib hesab edildi.

Bundan əlavə yüksək bal toplamış, lakin qaliblər sırasına düşə bilməyən 10 jurnalistə isə, həvəsləndirici mükafatların verilməsinə qərar verildi.

Beləliklə, 30 qalib jurnalistin hər birinə 1000 (bir min) AZN, 10 jurnalistə isə 300 (üç yüz) AZN məbləğində mükafatın verilməsi haqda qərar qəbul edildi.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO