Aprelin 16-da Kitabxana Direktorlar Şurası Nərimanov və Binəqədi rayonlarının kitabxana işçilərinə metodiki kömək məqsədilə “Kitabxanalarda oxuculara biblioqrafik xidmətin təşkili” mövzusunda seminar keçirəcək. Bu barədə Şuradan məlumat verilib. Seminarda soraq-biblioqrafiya aparatına daxil olan kataloq və kartotekalar sisteminin əhəmiyyəti və təşkili, onların tərkib hissələri haqqında müzakirələr olacaq. Oxucuların müxtəlif sorğuların biblioqrafik üsullarla ödənilməsi, aktual mövzuların kataloq və kartotekalarda əks etdirilməsi, biblioqrafik biliklərin təbliği və s. məsələlərlə əlaqədar məruzələr dinləniləcək, tövsiyyələr veriləcək.