M.Ə.Sabir adına kitabxana-klubda İslandiyanın paytaxtı Reykyavikdə yaşayıb-yaradan rəssam Anna Lindanın bu kitabxana üçün yaratdığı “Kitabxana içində kitabxana” layihəsinin təqdimat mərasimi keçirilib. Kitabxana-klubun direktoru Firəngiz Bünyaminqızının bildirdiyinə görə, layihə bir neçə mərhələdən ibarət olacaq: “İlk mərhələdə kitabxana-klubda İslandiya təbiətini tərənnüm edən kitab sərgisi açılıb. Layihənin ikinci mərhələsi 2011-ci ildə həyata keçiriləcək. Növbəti mərhələdə Azərbaycan haqqında film çəkməyi və kitab yazmağı planlaşdıran Anna Lindan material toplamaq üçün bu ilin avqust-sentyabr aylarında yenidən ölkəmizə səfər edəcək”. Qeyd edək ki, başqa mədəniyyətləri təmsil edən rəssamlarla mədəniyyətlərarası görüşlər təşkil etmək məqsədi daşıyan layihə “Nordic Culture Point” təşkilatı tərəfindən maliyyələşdirilir və onu isveçli art-kurator Katrin Lundqvis idarə edir.