Kitablarımız Qahirə yarmarkasında sərgilənib

Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri Misirin paytaxtı Qahirədə keçirilən Beynəlxalq kitab yarmarkasında iştirak ediblər. Yaxın Şərqdə ən böyük, dünyada isə Frankfurt yarmarkasından sonra ikinci böyük kitab sərgisi hesab edilən bu 44-cü kitab yarmarkasında dünyanın 25 ölkəsindən 700-dən çox naşir iştirak edir.

Publika.Az-ın məlumatına görə, sərgi kompleksinin pavilyonlarında 7 ərəb ölkəsinin və 80 digər xarici dövlətin məhsulları nümayiş etdirilir. Buraya dünyanın müxtəlif ölkələrindən böyük naşirlər, o cümlədən təqribən 500 nəfər Misir və 200 nəfərə yaxın ərəb naşiri, başqa ölkələrdən 20 nəfərdən çox naşir gəlib.

Ekspozisiyada ictimai-siyasi məzmunlu, o cümlədən ərəb dünyasında baş verən dəyişikliklərə həsr olunmuş ədəbiyyat, dini mövzuda yazılmış yeni kitablar, ərəb və ingilis dillərində nəşr olunmuş ədəbi əsərlər geniş nümayiş etdirilir. Yarmarkada həmçinin tədris və uşaq ədəbiyyatı stendləri vardır.
Yarmarka fevralın 5-dək davam edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO